İmtahana təsbeh, bıçaqla gələn abituriyentlər... FOTOLAR

17:22 - 02 Aprel 2023

İmtahana təsbeh, bıçaqla gələn abituriyentlər... FOTOLAR

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub.

 

Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 

8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az