Bakının internetsiz qalan qəsəbəsi - Provayderlər əraziyə niyə gəlmək istəmir?

23:34 - 02 Aprel 2023

Bakının internetsiz qalan qəsəbəsi - Provayderlər əraziyə niyə gəlmək istəmir?

Bakının Xəzər rayonu, Türkan qəsəbəsi, Aqroprom bağlarında yaşayan sakinlər optik internetdən istifadə edə bilmir.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qəsəbədə internet xətləri sakinlərdən xəbərsiz sökülüb.

Türkan qəsəbəsi, Aqroprom bağları adlanan ərazidə yaşayan sakinlər iddia edirlər ki, bir neçə ay əvvəl internet xəttləri həyətlərdən sökülüb. Həmin xətlər 2 il əvvəl İzone adlı provayder tərəfindən quraşdırılıb. Lakin 1 ay əvvəl provayder ərazidə xidmət göstərməkdən imtina edib.

Sakinlərin şikayətini araşdırmaq üçün “Xəzər Xəbər” adı çəkilən provayderlə əlaqə saxlayıb.

Bildirildi ki, xidmətin dayandırılmasına səbəb əraziyə bir başa optik xətlərin olmamasıdır və həyətlərdəki qurğuların sökülməsi barədə sakinlərə öncədən məlumat verilib.

Provayderdən o da deyilib ki, sakinlərə xətlərin sökülməsi ilə bağlı heç bir konpensasiya verilməyəcək. Buna səbəb isə xətlərin 2 ildir istifadə olunmasıdır. Lakin ərazidə xidmət göstərən başqa provayder mövcuddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az