Daşkəsən rayon Məhkəməsi "Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirdi - FOTOLAR

14:35 - 05 Aprel 2023

Daşkəsən rayon Məhkəməsi \"Heydər Əliyev İli\" çərçivəsində ağacəkmə aksiyası keçirdi - FOTOLAR

Aprelin 5-də Daşkəsən rayon Məhkəməsinin təşkilatçılığı ilə Daşkəsən şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Manset.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon prokuroru Şahin İmanov, Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, məhkəmə işçiləri və fəallar iştirak ediblər.

Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı cökə ağacları əkilərək suvarılıb. Ağaclara mütəmadi olaraq qulluq göstəriləcəkdir.

Daşkəsən Rayon Məhkəməsinin sədri Mustafa Mustafayev deyib: “Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən Rayon Məhkəməsinin keçirdiyi bugünkü ağacəkmə aksiyasının da məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az