Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutuldu

15:12 - 05 Aprel 2023

Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutuldu

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Manset.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akif Oruc oğlu Ələkbərova bacısı oğlu Orxan İlqar oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az