Formula 1-ə görə bağlanmış yollar AÇILDI

09:54 - 02 May 2023

Formula 1-ə görə bağlanmış yollar AÇILDI

Bakıda Formula 1 yarışına görə bağlanan yollar açılıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, yarışa görə bağlanmış şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti səhər saat 8:00-dan etibarən bərpa edilib:

"Bu gün saat 8:00-dan etibarən nəqliyyat vasitələri Bakı Şəhər Halqasının trayektoriyası üzrə sərbəst hərəkət edirlər. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyli, İstiqlaliyyət və Zərifə Əliyeva küçələrində kəsişən yol ayrıclarında qurulmuş maneələrin 3 gün ərzində götürülməsi nəzərdə tutulub".

Qeyd edək ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti aprelin 24-də gecə 01:00-dan etibarən məhdudlaşdırılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az