Naxçıvanda 31 dərəcə isti - FAKTİKİ HAVA

10:53 - 19 May 2023

Naxçıvanda 31 dərəcə isti - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a bildirilib ki, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı: Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 0.0 mm olub.

Duman: Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə müşahidə olunub.

Havanın temperaturu: Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az