Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlandı

13:14 - 19 May 2023

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlandı

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.

 

Bu barədə Manset.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü

Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az