Lisey seçimi sabah yekunlaşır

19:27 - 03 İyul 2023

Lisey seçimi sabah yekunlaşır

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir.

 

Elm və Təhsil Nazirliyindən Manset.az-a bildirilib ki, lisey seçimi iyulun 4-ü saat 16:00-da başa çatacaq.

Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur.

Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az