Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

16:25 - 05 İyul 2023

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

Ötən gün saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sabiq millət vəkili məhkəmədə özünü təqsirli bilmədiyini, verilmiş ittihamdan xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, eks-deputat Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Rəsmi məlumata görə, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.

Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az