TikTok Azərbaycanda 400 minə yaxın videonu sildi

17:39 - 05 İyul 2023

TikTok Azərbaycanda 400 minə yaxın videonu sildi

“TikTok yarandığı gündən bəri Azərbaycandan bu sosial şəbəkəyə yerləşdirilən videoların 390 min 223-nü silib”.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.

O bildirib ki, həmin videoların 95,2 faizi proaktiv (şikayət edilməzdən əvvəl videonu müəyyənləşdirmək və silmək - red.) şəkildə silinib. Həmçinin bu videoların 80,1 faizi yayımlandığı 24 saat ərzində TikTokdan qaldırılıb.

K. Yeremeyevanın sözlərinə görə, bu ilin birinci rübündə bütün dünyada 91.003.510 video silinib. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Videoların 89,9%-i paylaşılandan sonra 24 saat ərzində silinib. Eyni zamanda dünyada 13 yaşadək 16.947.484 istifadəçi hesabı silinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az