Abşeron rayonu, Ceyranbatan qəsəbəsində bir neçə evə neft axıb. Amma bu neft fontanı yox, neft sızması nəticəsində baş verib.
Manset.az xəbər verir ki, bu barədə İTV-nin süjetində deyilir.
Məlumata görə, BTZ bağları kimi adlanan ərazidə müəllimlər küçəsində 20-yə yaxın ev təhlükə ilə üz-üzədir.
Burda neftin sızmasından gölməçələr yaranıb. Hər an təhlükə saçır. Sakinlər qorxu içindədir.
Burada yaşayanların sözlərinə görə, neft olmasını təkcə qoxusu ilə deyil, həm də yandıraraq yoxlayıblar.
1983-cü ildə burada yaşayan Sevinc Allahverdiyeva deyir ki, 10 günə yaxındır hər gün həyətinə neft arx şəklində gəlir.
Daha ətraflı süjetdə: