Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

10:34 - 10 İyul 2023

Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

 

Manset.az xəbər verir ki, aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında  baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az