Xırdalanda gənc oğlanın intihar cəhdinın qarşısı alındı - YENİLƏNDİ (VİDEO)

10:56 - 31 İyul 2023

Xırdalanda gənc oğlanın intihar cəhdinın qarşısı alındı - YENİLƏNDİ (VİDEO)

Xırdalanda intihar cəhdinin qarşısı alınıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidinə çıxaraq özünü atmaq istəyən gənc oğlan fikrindən daşındırılaraq körpüdən düşürülüb.

***

Xırdalanda bir nəfər intihara cəhd edir.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.

Əldə edilən ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir .

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az