Sabiq baş həkim dələduzluqda ittiham olunur

12:15 - 31 İyul 2023

Sabiq baş həkim dələduzluqda ittiham olunur

“Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidov cinayət məsuliyyətinə cəlb edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Seyidov 9 nəfərə yalan vəd verərək onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Keçmiş baş həkim barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb.

Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, V.Seyidov iki il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az