Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı - 500 manat cərimələndi

16:18 - 31 İyul 2023

Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı - 500 manat cərimələndi

İsmayıllıda avtoxiliqanlıq edib sosial şəbəkələrdə paylaşan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, rayon sakini Musa Xəlilli sürücülük hüququ olmadan idarə etdiyi  “VAZ-21011” markalı avtomobil ilə yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib.

O, yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

Musa Xəlilli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Qərara əsasən onun barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az