SOCAR-ın 3 keçmiş vitse-prezidentinə yeni vəzifə verildi

09:39 - 01 Avqust 2023

SOCAR-ın 3 keçmiş vitse-prezidentinə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.

 

Manset.az "Report”a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.

Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin "Petkim”in İdarə Heyətinin sədri, "SOCAR Türkiyə" və "SOCAR Ukrayna" şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az