Türkiyənin İstanbul şəhərinin Bayrampaşa rayonunda 4 mərtəbəli biznes mərkəzində yanğın başlayıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, yanğın zirzəmidə başlayıb və sonra yuxarı mərtəbələrə qalxıb.
Qeyd edək ki, yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürən gəlib. Yanan biznes mərkəzində qalan 9 nəfər xilas edilib. Tüstüdən 4 yanğınsöndürən zərər çəkib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Yanğınsöndürmə işləri hələ də davam edir. Hadisənin səbəbləri araşdırılır.