Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər SAXLANILDI

12:47 - 04 Avqust 2023

Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər SAXLANILDI

 

Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıblar.

 

Bu barədə Daxili İşlər Nazirliyindən Manset.az-a məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az