Ermənistanın məqsəd və niyyəti əslində heç dəyişməyib. Yəni İrəvan 30 illik işğal zamanı keçmiş Qarabağ münaqişəsini havadarlarının dəstəyi ilə necə dondurmağa çalışırdısa, bu gün də eyni dəsti-xəttə sadiqdir. Ermənistan hakimiyyəti indi də Azərbaycanla sülh danışıqlarını dondurmaq üçün əlindən gələnin artığını etməkdədir.
Bu gün faktiki olaraq Ermənistan siyasətində əsas iki istiqamətə diqqət ayırır:
1. Sülh danışıqları adı altında Bakıya qarşı uğursuzluqla nəticələnən hərbi və diplomatik sarıdan bütün cəhdlərini malalamaq, Azərbaycan qarşısındakı rüsvayçı məğlubiyyətlərini pərdələmək məqsədi ilə daxili auditoriyanı inandırmaq ki, Ermənistan Qarabağdan "əlini götürmək" niyyətində deyil.
Bununla da Nikol Paşinyan hakimiyyəti daxildə revanşistlərin və müxalifətin təzyiqlərini səngitməklə manevr imkanlarını genişləndirib, hakimiyyətdəki ömrünü uzatmaq məqsədi güdür.
Bunu biz son proseslər fonunda növbəti dəfə aydın şəkildə müşahidə etdik. Belə ki, Ermənistan baş nazirinin iki gün əvvəl Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti bir daha düşünməyə əsas yaradır ki, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə eyni zamanda hakimiyyətdəki ömrünü uzatmağın mümkünatını istisna etmir.
2. Ermənistanın xarici siyasətinin ana xətti isə dəyişməz olaraq qalır. 30 illik işğal dövründə olduğu kimi 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətin ardından da ermənilər dünya ictimaiyyətini aldatmaqla məşğuldurlar. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət sonzasında yaşayan etnik ermənilərin guya acından öldükləri, Bakının Qarabağ ermənilərinə qarşı humanitar soyqrım törətdiyi ilə bağlı əsassız, heç bir həqiqətə sığmayan uydurma, saxta qarayaxma kompaniyası kimi, Ağdam-Xankəndi yolu ilə bölgədəki ermənilərə Bakının humanitar yardım göndərməsinə mane olmaq cəhdləri də amma heç bir nəticə verməyəcək.
Lakin özünü istər Brüssel, Vaçinqton formatında olsun, istərsə də Moskva görüşlərində "sülh quşu" kimi göstərməyə çalışan Nikol Paşinyan hakimiyyəti daha anlamır ki, əməli ilə sözləri təzad təşkil etməklə yanaşı, rəsmi İrəvan bu səhv yoldan dönmək fikrində deyillər görüntüsünü daha da artırmaqdadırlar.
Bunun növbəti isbatı Paşinyanın İtaliya mediasına müsahibəsində dediklərini göstərmək olar. Belə ki, bu müsahibə bir daha Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğu açıq şəkildə nümayiş etdirir. Səhər başqa, axşam isə tamamilə fərqli fikirlər səsləndirən Ermənistan hakimiyyəti, beləcə prosesi uzada biləcəyi düşüncəsindədir.
Lakin Ermənistan ya İkinci Qarabağ müharibəsindəki və ondan sonrakı aqibətlərini unudublar, ya da mazaxist Nikol Paşinyan ölkəsini bu dəfə daha çıxılmaz, daha betər günə salmaq niyyətindədir. Belə olmasaydı istər masada, istərsə də sərhəd və Qarabağdakı qondarma rejim qalıqlarının qanunsuz silahlı birləşmələri tərəfindən intensiv şəkildə müxtəlif istiqamətlərdə mövqelərimiz, yaşayış məntəqələrimiz fərqli silahlarla, fərqli üsullarla təxribatlarla üz-üzə qalmaz.
Azərbaycanın mövqeyinə gəlincə, hər şey gün kimi aydındır, hər şey kəsə bəllidir. Rəsmi Bakı da belə görünür ki, 44 günlük müharibədən ötən 3 il ərzində baş verənlərdən çıxan nəticələri də də artıq özü üçün qətiləşdirib. Azərbaycan onu indi daha yaxşı başa düşür ki, Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə” iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları silib, tarixin zibilliyinə atmadan nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək.
Bunu etmək üçün Azərbaycanın kifayət qədər gücü və səbələri var. O zaman hodri meydan, Ermənistan! Bakıya diş qıcamağın nə demək olduğunu Azərbaycan xalqı, Ordusu bir dəfə artıq göstərib. Azərbaycan indi Ermənistanın son dişini də çəkməyə hazırdır. Ermənilər bilməlidirlər ki, müalicəlik olmayan bir “orqan” ya kəsilir, ya çəkilir!
Atabəy Türkel