ETX-dən kibertəhlükəsizliklə bağlı XƏBƏRDARLIQ

14:48 - 19 Sentyabr 2023

ETX-dən kibertəhlükəsizliklə bağlı XƏBƏRDARLIQ

Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

 

Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az