“Türkiyə Azərbaycanın yanındadır” - Yaşar Güler

15:08 - 19 Sentyabr 2023

“Türkiyə Azərbaycanın yanındadır” - Yaşar Güler

Sentyabrın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az