Azərbaycan Televiziyasında yayımlanan "Əsas məsələ" verilişində Qarabağ bölgəsinə canlı bağlantı zamanı erməni silahlı qüvvələrinin qanunsuz yerləşdiyi ərazinin ordumuz tərəfindən vurulması görüntüləri əks edilib.
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun Qarabağda lokal antiterror tədbirləri keçirdiyi xəbərini vermişdik.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin qanunsuz yerləşdiyi ərazilərdə nöqtə atışı ilə legitim hərbi hədəflər nişan alınır.