Gəncədə narkotik satışı ilə bağlı 23 nəfər saxlanıldı - FOTO

09:30 - 16 Oktyabr 2023

Gəncədə narkotik satışı ilə bağlı 23 nəfər saxlanıldı - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir səra səmərəli tədbirlər həyata keçirib.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb.

Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərlərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az