Azərbaycanda xəstəxanalarla bağlı xərclər artırılır

13:40 - 16 Oktyabr 2023

Azərbaycanda xəstəxanalarla bağlı xərclər artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 231,5 milyon manatı və yaxud 0,6%-i xəstəxanalarla bağlı xərclərin payına düşəcək.

 

Manset.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 35,1% çoxdur.

Xəstəxanalara xərcləmələr səhiyyə xərclərinin 12,4%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az