Daha bir qazinin evi qazlaşdırıldı - VİDEO

14:56 - 17 Oktyabr 2023

Daha bir qazinin evi qazlaşdırıldı - VİDEO

Yeni qazlaşdırılan Lerik rayonun Züvüç kəndində mavi yanacaqla ilk təchiz olunan sakinlərdən biri də Rövşən Məmmədovdur.

 

Manset.az xəbər verir ki, buna səbəb adıçəkilən abonentin 1-ci Qarabağ müharibəsi qazisi olmasıdır. Rövşən Məmmədovun fərdi yaşayış evi isə şəhid ailələri və qaziləri daim diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Bu məqsədlə Lənkəran RQİİ-nin rəhbər şəxsləri mavi yanacağın veriləcəyi ünvanda olublar.

Fərdi yaşayış evinə mavi yanacaq verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az