“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR

17:13 - 17 Oktyabr 2023

“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR

Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb.

 

Manset.az xəbər verir ki, ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər. Şəmkir RQİİ-nin məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər. Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı “Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı
“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az