“Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlanılır” - Prezidentin xüsusi nümayəndəsi

17:18 - 19 Oktyabr 2023

“Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlanılır” - Prezidentin xüsusi nümayəndəsi

Şuşada su, kanalizasiya, məişət tullantılarının yığılması infrastrukturu qurulub. Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlayacağıq.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli” panelində çıxışı zamanı bildirib.

“Bununla da bütün şəhər ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq. 85 şəhərdaxili küçəyə adların verilməsi prosesi artıq başa çatdırılıb”, - deyə Aydın Kərimov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az