Dünyanın ən pis turistik yerləri - SİYAHI

18:23 - 22 Oktyabr 2023

Dünyanın ən pis turistik yerləri - SİYAHI

Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır. İkinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az