44 günlük Vətən müharibəsi şəhidi Elvin Salahovun əziz xatirəsi yad olundu - FOTOLAR

11:22 - 23 Oktyabr 2023

44 günlük Vətən müharibəsi şəhidi Elvin Salahovun əziz xatirəsi yad olundu - FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidi əsgər Salahov Elvin Sabir oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayon bələdiyyəsi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Salahov Elvin Sabir oğlu şəhadətindən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az