Dönərdən zəhərlənən məktəblilərin son durumu AÇIQLANDI

10:10 - 27 Oktyabr 2023

Dönərdən zəhərlənən məktəblilərin son durumu AÇIQLANDI

Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az