Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI

09:40 - 30 Oktyabr 2023

Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI

Oktyabrın 28-də Sumqayıt şəhəri 16-cı mikrorayonda baş verən silahlı hücumda yaralananların vəziyyəti açıqlanıb. 

 

Bu barədə Manset.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir. 

1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az