“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

18:07 - 30 Oktyabr 2023

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin Hacıqabul rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

 

Manset.az xəbər verir ki, aksiya rayonun Atbulaq kəndində baş tutduğundan tədbir iştirakçılarının əksəriyyəti də adıçəkilən kəndin sakinləri olub. Mikrofon önünə çıxan abonentlərdən 3 nəfəri abonent məlumatlarında dəyişikliklərin edilməsini xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar qaz sayğacının yenisi ilə əvəzlənməsi, debitor borcun araşdırılması və yeni yaşayış massivinin qazlaşdırılması kimi məsələlərlə bağlı olub.

Görüşdə ünvanlanan problem və təkliflərin araşdırılması məqsədilə bütün müraciətlər Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az