Bərdədə ana doğuşdan 3 gün sonra ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, 3 gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Əlizadə Nəsibə Canpolad qızı yenidən xəstəxanaya müraciət edib.
Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizədənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır