13 yaşlı məktəbli 1 həftə sonra tapıldı

09:27 - 07 Noyabr 2023

13 yaşlı məktəbli 1 həftə sonra tapıldı

Oktyabrın 28-də Qazax rayonunda itkin düşən məktəbli qız tapılıb.

 

Manset.az xəbər verir ki, Qazax RPŞ-nin həyata keçirdiyi tədbirlərlə 2010-cu il təvəllüdlü Ləmanın (şərti) yeri müəyyən edilib. O, noyabrın 4-də tapılaraq ailəsinə təhvil verilib.

Bildirilir ki, Qazax şəhərindəki məktəblərdən birində təhsil alan 13 yaşlı qız oktyabrın 28-də günorta saatlarında başının ağrıdığını deyərək sinif rəhbərindən icazə alıb. O, müəllimə evə gedəcəyini desə də, məktəbdən çıxaraq naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az