Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirildi

11:28 - 08 Noyabr 2023

Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirildi

Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.

Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az