Koronavirus xəstələrinin xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır

18:30 - 07 Oktyabr 2021

Koronavirus xəstələrinin xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır. 

Manşet.az xəbər verir ki, bu barədə parlamentin Səhiyyə Komitəsinin bu gün keçirdiyi dinləmədə məlumat verilib. Bildirilib ki, həmçinin ölkədə elektron resept sisteminin tətbiqi planlaşdırılır.

Dinləmədə eyni zamanda dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az