Bu ölkənin pul vahidi dəyişir - Tarix açıqlandı

10:51 - 21 May 2025

Bu ölkənin pul vahidi dəyişir - Tarix açıqlandı

Bolqarıstan 2026-cı il yanvarın 1-dən avroya keçməyi planlaşdırır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının (BNB) rəhbəri Dimitar Radev məlumat verib.

Pleven şəhərində jurnalistlərə açıqlama verən Radev bildirib ki, Bolqarıstan avroya keçid üçün tələb olunan bütün ilkin şərtləri yerinə yetirib:

“Məqsədimiz 2026-cı ilin əvvəlindən etibarən avroya keçməkdir. Bütün texniki və iqtisadi hazırlıqlar görülüb. Lakin son qərarı Avropa Mərkəzi Bankı və Avropa Komissiyası verəcək”, – deyə o qeyd edib.

Avroya keçidin əsas şərtlərindən biri sayılan inflyasiya ilə bağlı da Radev müsbət dinamikanı vurğulayıb.

Onun sözlərinə görə, ölkədə illik orta inflyasiya göstəricisi 2025-ci ilin aprel ayına olan məlumata əsasən 2,7 faiz səviyyəsində qalıb.

“İnflyasiya baxımından da lazımi addımlar atılıb və göstəricilər sabit qalır”, – deyə Mərkəzi Bank rəhbəri əlavə edib.

Dimitar Radev vətəndaşların depozitlərindəki vəsaitlərin təhlükəsizliyinə də toxunub. O, avroya keçidin maliyyə sabitliyinə və həyat səviyyəsinə müsbət təsir göstərəcəyini bildirib:

“Avroya illər əvvəl keçid edən ölkələrdə vətəndaşların gəlirləri 10-15 faiz artıb, ümumi rifah səviyyəsi yüksəlib”, – deyə Radev vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv