Alqış Musayev iddia edir ki, “onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil”. Bu iddianı diqqətə almamaq, ona zaman sərf etməmək də olardı, çünki onlayn medianın informasiya axınına hakim olduğu mövcud reallıqda vaxt sözün gerçək mənasında qızıldır və bunu Alqış Musayevin reallıqdan uzaq iddiasına sərf etməyə dəyərmi?!
Hərçənd ki, bu iddianın arxasında hansısa məsələyə şəxsi mövqe sərgiləmək yox, medianı müasir inkişaf tendensiyalarından saxlamağa yönəlmiş art niyyətin olduğu aydın görünür.
Birincisi, Alqış Musayev sözün bütün mənalarında “köhnə jurnalistlərdəndir”. Onun qələmini müzakirə etmək niyyətində deyilik, lakin müasir çağırışlardan kənarda qaldığı da bəllidir, bunu irəli sürdüyü iddia da deməyə əsas verir və belə görünür ki, o, köhnə sərhədlərdən çıxa, müasir medianın tələblərinə uyğunlaşa bilmədiyi üçün inkişafı yox, “yerində saymağı” seçir.
İkincisi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olan Alqış Musayevin iddiası subyektiv yanaşmadan irəli gəlir. Yəni Musayev bir qəzet redaktoru kimi onlayn medianın qadir olduğu imkanları kölgə altına salaraq, qəzetçiliyi “qaldırır”. Bu baxımdan, onun belə bir iddia irəli sürərəkən, nə qədər səmimi və obyektiv olduğu şübhə altındandır.
Əslində Alqış Musayevin qəzetçiliyi yanlış anladığı, məsələyə texniki tərəfdən yanaşdığı da ortadadır. Qəzetçilik texniki baxımdan, çap mediasında işləmək olsa da, əsas missiyası maarifçilikdir. Maarifçilik fikirləri və ictimai maraqların qorunması çap mediasına tətbiq ediləndə bu, texniki baxımdan qəzetçilik olur, eyni missiyanı digər platformalarda – onlayn mediada, yaxud televiziya və radioda həyata keçirəndə dəyişən bir şey yoxdur. Məsələ niyyətin nə olmasındadır, bu niyyəti hansı platformada həyata keçirməkdə yox. Bu amil Alqış Musayevin ya qəzetçiliyi yalnış anladığı, ya da məsələni bilərəkdən bu formada təqdim etdiyini deməyə əsas verir. Qəzetçiliyi yanlış anladığını demək çətindir, çünki illərini bu sahəyə verib, deməli onun məqsədi bilərəkdən onlayn medianın zəruriliyinə kölgə salmaqdır. Bu da medianın müasir tələblərinə uyğunlaşa bilməməkdən qaynaqlanır.
Onlayn medianın gücünü izah etməyə, çap mediasının isə bütün dünyada arxa plana keçdiyi faktını sübut etməyə ehtiyac yoxdur. İnformasiya axınının saniyələrdən ibarət olduğu müasir şərtlərdə “bu günün xəbərini sabaha saxlayan” qəzetlərin missiyası, ümumiyyətlə ehtiyac olub-olmaması mübahisəlidir.
Alqış Musayevin iddiasındakı “ictimai fikir və milli şüur” məsələsinə gəlincə, burada da onun subyektiv yanaşması aydın görünür. Çünki yuxarıda qeyd etdiyimiz kimi, əsas məsələ niyyətin nə olduğudur, hadisəni ictimai fikir və milli şüur faktına çevirmək istəyən media mənsubları üçün platformanın önəmi yoxdur. Bunu qəzetdə də, onlayn mediada da, ekran arxasında da etmək olar. Onlayn medianın buna nə qədər qadir olduğunu 44 günlük müharibədə də, ondan sonra xalq və dövlət üçün taleyüklü olan bütün hadisələrdə də şahidi olmuşuq. Əksinə, qəzetin ümidinə qalsaydıq, informasiya müharibəsini də uduzardıq, ictimai həmrəyliyin yaradılmasını da, milli şüurun formalaşdırılmasını da.
Bu səbəbdən də hörmətli Alqış Musayevi texniki olaraq qəzet təfəkküründən çıxmağa çağırır, reallığa dəvət edirik.
Vaqif Hüseynli
Demokrat.az
Alqış Musayevin reallıqdan uzaq “qəzetçiliyi”
17:21 - 09 İyul 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 Noyabr 2026 - 14:44
Bu bölgə üzrə pensiyalar ödənildi
06 Noyabr 2026 - 21:34
Prezidentin sakinlə zarafatı - “Qonşuyuq?”
06 Noyabr 2026 - 15:55
Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
06 Noyabr 2026 - 12:10
Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
06 Noyabr 2026 - 16:05
İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
06 Noyabr 2026 - 10:02
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
06 Noyabr 2026 - 16:13
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
06 Noyabr 2026 - 09:54
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
06 Noyabr 2026 - 18:34
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - FOTOLAR - YENİLƏNİB
06 Noyabr 2026 - 17:02
Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı
06 Noyabr 2026 - 11:13
Əcnəbilər üçün yeni dövlət rüsumları müəyyənləşdi
06 Noyabr 2026 - 16:20
Daha 2 kəndə içməli su verildi - FOTOLAR
Xəbər xətti
- 07 Noyabr 2026
- 08:30 Qəfil infarkt riski kimləri təhdid edir?
- 08:00 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya bilər
- 01:00 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə
- 00:30 Portuqaliya millisinin kapitanı kim olacaq?
- 06 Noyabr 2026
- 23:53 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:34 Putin danışıqların keçiriləcəyi tarixi və yeri təsdiqləyib
- 23:15 "Sabah" "Ordu"nu məğlub etdi
- 22:48 Sadır Japarov İlham Əliyevi təbrik etdi
- 22:33 "Neftçi" "Kəpəz"ə qalib gəldi
- 22:17 Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirildi - FOTOLAR
- 21:52 “Naxçıvan” “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub etdi - FOTOLAR
- 21:34 Prezidentin sakinlə zarafatı - “Qonşuyuq?”
- 21:11 “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
- 20:51 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
- 20:32 “Elə bilirəm yuxu görürəm, baxıram ki, deyil...”
- 20:16 "Turan Tovuz" "Qarabağ"a qalib gəldi
- 19:54 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 19:41 Prezidentin Cəbrayıl və Zəngilan səfərindən GÖRÜNTÜLƏR
- 19:31 Kənd də dirçəldi, ağaclar da... - FOTOLAR
- 19:18 Ağstafada ailənin 3 üzvü zəhərləndi - YENİLƏNİB
- 19:00 “Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”
- 18:49 Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralılar var - FOTO
- 18:34 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - FOTOLAR - YENİLƏNİB
- 18:23 Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 17:55 Millidən ayrılan Emin Mahmudovdan açıqlama
- 17:51 İnfantinodan Ronaldoya vida mesajı
- 17:48 2 nəfəri öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi
- 17:47 "Fənərbağça"da Emre Belözoğlu ilə imzalar atıldı
- 17:40 "Evdən çölə çıxmayın!" - Almaniyada kimyəvi maddə xəbərdarlığı
- 17:32 Məhkəmə ekspertləri ilə bağlı YENİ QƏRAR
- 17:25 Prokuror Kamran Əsədova cəza istədi
- 17:23 "Coğrafi sərhəd tanımadan hücum edəcəyik" - İran ordusundan ABŞ-yə hədə-qorxu
- 17:20 Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olundu - FOTOLAR
- 17:15 "Azərenerji" və "Azərişıq" rəhbərliyinin iştirakı ilə "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR
- 17:10 Türkiyədə 8 nəfəri qətlə yetirən şəxs saxlanıldı
- 17:07 Türkiyədə yenidən zəlzələ oldu
- 17:03 Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana ekstradisiya edildi
- 17:02 Türkiyədə 8 nəfərin qətli ilə bağlı qandonduran detallar üzə çıxdı
- 16:57 ADU-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 16:50 Azərbaycanda güclü külək əsəcək
- 16:43 "Bu heç bir işə yaramayacaq" - Pit Heqset tənqidlərə cavab verdi
- 16:42 83 yaşlı Əlövsət Polad vəfat etdi
- 16:40 “AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - FOTOLAR
- 16:32 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirildi
- 16:27 Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşdu - 11 ölü, 33 yaralı
- 16:20 Daha 2 kəndə içməli su verildi - FOTOLAR
- 16:13 "Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
- 16:05 İlham Əliyev və xanımı Soltanlı kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR/VİDEO
- 16:00 DYP-dən hərbçilərin yürüşü ilə bağlı AÇIQLAMA
- 15:55 Prezidentlə xanımı Cəbrayılda - FOTOLAR
- 15:54 Doğum zamanı ana ölümlərində şok statistika - Günahkar həkimdir yoxsa laqeyd pasiyent?