Güclü yağışlar 44 nəfərin həyatına son qoydu

15:42 - 04 İyun 2025

Güclü yağışlar 44 nəfərin həyatına son qoydu

Hindistanın şimal-şərq əyalətlərində musson mövsümünün başlanması ilə əlaqədar baş verən güclü yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində 44 nəfər həyatını itirib.


Manset.az xəbər verir ki, Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram əyalətlərində yağan leysan yağışlar böyük fəsadlar törədib. Təbii fəlakət nəticəsində 1500-dən çox kənd zərər çəkib, 14 min 739 hektardan çox kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib.

Səlahiyyətli qurumlar bildirir ki, Hindistan Meteorologiya İdarəsi (IMD) bölgədə yağıntıların qarşıdakı günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında müşahidə olunan musson yağışları ölkədə insan tələfatı və maddi itkilərlə nəticələnir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv