Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal səviyyədəki aktual məsələlər müzakirə olunub.
Prezident Ərdoğan söhbət zamanı qarşıdakı dövrdə Türkiyə-İran münasibətlərinin institusional çərçivədə daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib.
Telefon danışığı çərçivəsində Prezident Ərdoğan həmçinin iranlı həmkarını Qurban bayramı münasibətilə təbrik edib.