Makronun oğurlanan heykəli muzeyə qaytarıldı

01:30 - 05 İyun 2025

Makronun oğurlanan heykəli muzeyə qaytarıldı

Fransa Prezidenti Emmanuel Makronun "Greenpeace" təşkilatının fəalları tərəfindən oğurlanan mum heykəli Parisdəki "Qreven" muzeyinə qaytarılıb.


Manset.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə muzeyin mətbuat xidmətinin rəhbəri Veronik Berets məlumat verib. 

Onun sözlərinə görə, fəallar gecə saatlarında muzey direktoruna zəng edərək, heykəli Parisdə EDF enerji şirkətinin binası ilə üzbəüz qoyduqlarını bildiriblər. Bundan sonra muzey işçiləri polisə müraciət ediblər və onlar eksponatı komissarlığa çatdırıblar. Heykəl yoxlanıldıqdan sonra muzey nümayəndələrinə təhvil verilib.

İndi işçiləri maraqlandıran əsas sual fəalların heykəli necə oğurlaya bildiklərini öyrənməkdir. Muzey hələ ki, cinayətkarlar üçün cəza tələb edib-etməyəcəyinə qərar verməyib.

Xatırladaq ki, hadisə iyunun 2-də baş verib: özlərini turist kimi təqdim edən iki qadın və bir kişi Monmartrdakı muzeydən 40 min avro dəyərində olan heykəli götürərək Rusiya səfirliyinin binasının qabağına aparıblar. Aksiya Fransa və Rusiya arasında iqtisadi əməkdaşlığa etiraz olaraq təşkil edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv