Təyyarə məcburi eniş etdi - 9 nəfər xəsarət aldı

15:55 - 05 İyun 2025

Təyyarə məcburi eniş etdi - 9 nəfər xəsarət aldı

İrlandiyanın "Ryanair" aviaşirkətinə məxsus Berlin–Milan reysini həyata keçirən sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Almaniyada məcburi eniş edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində biri ekipaj üzvü olmaqla 9 nəfər xəsarət alıb.

Təyyarə havaya qalxdıqdan az sonra şiddətli turbulentliyə düşərək Almaniyanın Münhen şəhərindən təxminən 115 kilometr məsafədə yerləşən Memmingen şəhərində fövqəladə eniş etməyə məcbur olub.

Almaniya polisinin yaydığı məlumata görə, hadisə zamanı başından xəsarət alan bir qadın sərnişin, 2 yaşlı uşaq və 59 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Digər yaralı sərnişinlərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

"Ryanair" şirkətinin açıqlamasında bildirilir ki, təyyarənin kapitanı enişdən əvvəl təcili tibbi yardım çağırıb. Hadisə ilə bağlı sərnişinlərdən üzr istənilib və onların Milana çatdırılması üçün əlavə reyslər təşkil edildiyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv