Pakistanın Pəncab əyalətində musson yağışlarının yaratdığı sel nəticəsində, 20-dən çox adamın olduğu qayığın çevrilməsi nəticəsində 5 nəfər həyatını itirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, iyunun 26-dan bəri davam edən musson yağışlarının yaratdığı fəlakətlərin ardınca, Pəncab əyalətinin Rəhim Yar Xan şəhərində xilasetmə əməliyyatları aparılarkən qayıq aşıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib.
Bundan əvvəl, Pəncabın Multan şəhərində də bir qayığın batması nəticəsində 4 nəfər ölüb. Əlavə olaraq, Cəlalpur Pirvala rayonunda 100 kəndin su altında qalması nəticəsində çoxsaylı evlər və infrastrukturlar zərər görüb.