Məşhur müğənnini təhdid edən şəxs həbs olundu 

16:47 - 11 Sentyabr 2025

Məşhur müğənnini təhdid edən şəxs həbs olundu 

Müğənni Ece Seçkin və həyat yoldaşı Çağrı Terlemezi 4 il ölümlə hədələyən A.U.S. ötən gün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. 


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Ece Seçkin və həyat yoldaşı Çağrı Terlemez bir müddətdir A.U.S. tərəfindən izlənildiklərini və təhdid edildiyini bildirərək polis bölməsinə şikayət ediblər.

Nəzarətə alınan şübhəli A.U.S. polis bölməsində əməliyyat olunduqdan sonra Bakırköy Ədliyyəsinə sövq edilib. Prokurora verdiyi ifadədən sonra o, “davamlı təqib” və “hədə-qorxu” ittihamı ilə həbs olunması tələbi ilə növbətçi cinayət məhkəməsinə göndərilib.

Hakim heyəti şübhəli şəxs barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edərək, onun evdən çıxmaması və xaricə getməməsi barədə göstəriş verib.

Bakırköy Respublika Prokurorluğu hakimin məhkəmə nəzarəti ilə bağlı qərarına etiraz edərək, həbs qərarı verilməsi tələbini təkrarlayıb

Hakimlər Baş Prokurorluğun etirazını təmin etməyib və şübhəli şəxs barəsində məhkəmə nəzarəti tədbirlərinin davam etdirilməsinə qərar verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az