Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.
Məlumata görə, bu gün saat 13:57-də, yerli vaxtla, Qırğızıstanın Çuy rayonunun Beş Küngöy kəndinin 1 kilometrliyində 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdən 12 kilometr aralıda yerləşən paytaxt Bişkekdə də hiss olunub.
Bişkek və ətraf ərazilərdə hiss olunan zəlzələnin güclü olduğunu və 11 kilometr dərinlikdə qeydə alındığını bildirilib. Qırğızıstan Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra əraziyə aid işlərə başladığını, lakin dağıntı və tələfatla bağlı hələ ki, məlumat vermədiyini açıqlayıb.