İranda zəlzələ baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Fars əyalətinin Həşt şəhəri yaxınlığında 4,7 bal maqnitudalı zəlzələ olub.
Yeraltı təkanların ocağı 6 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması barədə məlumat verilməyib.