Türkiyədə təbii fəlakətlərin nəticələrinin tez bir zamanda aradan qaldırılması və qarşısının alınması üçün Fəlakət Nazirliyinin yaradılması yenidən gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 fevral 2023-cü ildə Kahramanmaraş zəlzələsi nəticəsində Türkiyə böyük acılar yaşadı və 53.537 nəfər həyatını itirdi.
Dağıdıcı zəlzələdən sonra bu mövzu Türkiyənin əsas prioriteti oldu. Bu çərçivədə Fəlakətlər Nazirliyinin yaradılması yenidən gündəmə gəldi.