Fransada etiraz aksiyaları - 140 nəfər saxlanıldı

20:53 - 18 Sentyabr 2025

Fransada etiraz aksiyaları - 140 nəfər saxlanıldı

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 140 nəfərə çatıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

    Məlumata görə, Paris istisna olmaqla, ölkə üzrə etirazlarda təxminən 264 min nəfər iştirak edib. Ümumilikdə 427 aksiya keçirilib.

    Etirazlar, əsasən, Fransa hökumətinin təklif etdiyi sərt iqtisadi tədbirlərə qarşı yönəlib. Cümə axşamı səhər saatlarında təxminən 10 min nəfər müxtəlif şəhərlərdə küçələrə çıxaraq bu tədbirlərə etiraz edib.

    Hadisələr zamanı polis və etirazçılar arasında gərgin anlar yaşanıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlarla etirazçı saxlanılıb.

    Fransada sosial narazılıqların fonunda etirazların davam edəcəyi gözlənilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az