Təmiz Hava Hüquqları Platformasının hesabatına görə, ötən il Türkiyədə hava çirkliliyi səbəbindən 62 min insan həyatını itirib. Hesabatda Türkiyənin havasının ən çirkli olduğu şəhərlər də yer alıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda ən çox çirklənmiş vilayətlərin İğdır, Ərzincan və Kütahya olduğu müəyyən edilib.
İstanbul və Ankarada havanın keyfiyyəti isə kritik səviyyədədir.