Rusiyada Su-30 qırıcısı qəzaya uğradı - Ölənlər var

21:28 - 13 Noyabr 2025

Rusiyada Su-30 qırıcısı qəzaya uğradı - Ölənlər var

Kareliya Respublikasında Su-30 tipli hərbi təyyarə qəzaya düşüb.

Manset.az APA -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, təyyarənin ekipajı həlak olub.

“Bu gün Moskva vaxtı ilə təxminən 19:00 radələrində Kareliyada planlı təlim-uçuş yerinə yetirən Su-30 təyyarəsi qəzaya uğrayıb,” – deyə Müdafiə Nazirliyi bildirib.

Qurumun məlumatında qeyd edilir ki, təyyarə insanların olmadığı əraziyə düşüb və uçuş döyüş sursatı olmadan həyata keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az